Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kursların əhəmiyyətini vurğulayıb, iştirakçıların bütün əyani vəsaitlərlə təmin edildiyini və tədris ocağında Azərbaycan ədəbiyyatı üzrə kitabxananın yaradıldığını bildirib.Qazi Universiteti Türkçə və Sosial Bilimlər Tədrisi Bölümü və Türk Dünyası Araşdırmalar və Tətbiq Mərkəzinin rəhbəri professor Bülent Aksoy Ocağın fəaliyyətini yüksək qiymətləndirərək, bu kursların Türk dünyasında Azərbaycanın mədəniyyətinin və ədəbiyyatının daha dərindən öyrənilməsinə şərait yaratdığını qeyd edib.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Mərkəzləri xarici ölkələrdə ana dilimizin təbliği məqsədilə müxtəlif layihələr həyata keçirirlər.