RU

Mütəxəssis tövsiyə edir: boğazı bu vasitə ilə qarqara edin

Farmasevt Cared Stokuell bildirib ki, boğazı adi su ilə qarqara etmək qrip və soyuqdəymə riskini xeyli azaldır.

E-saglam.az xəbər verir ki, o, nəfəs yolları infeksiyalarından qorunmağın bu sadə üsulunu Instagramda paylaşdığı videoda açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, Yaponiyada geniş yayılmış bu vərdişin faydası elmi tədqiqatlarla da təsdiqlənib. Araşdırmalar göstərib ki, gündə ən azı üç dəfə boğazını su ilə qarqara edən insanlar bunu etməyənlərlə müqayisədə 36 faiz daha az xəstələniblər. Maraqlıdır ki, su ilə qarqara, yod məhlulu ilə qarqaradan daha effektiv olub.

Stokuell qeyd edib ki, çox vaxt ən sadə vərdişlər ən güclü təsir göstərir: “Səhər və axşam kranın qarşısında cəmi bir neçə saniyə ayırmaq kifayətdir ki, ətrafınızdakılar xəstələnərkən siz sağlam qalasınız”.

Farmasevt əlavə edib ki, bu vərdişi müəllimlər də sınayıb və gündəlik tətbiqdən sonra xəstəlik halları demək olar ki, yox dərəcəsinə enib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
6
e-saglam.az

1Источники