RU

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-2

Sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

***

13.10

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Gədəbəydə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

İdarədən APA-ya verilən məlumata görə, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.

***

11.55

Gədəbəydə baş verən yol qəzasında 15 nəfər xəsarət alıb.

APA yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova, L. Məmmədova, E. Ələkbərovaya tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.

***

10.53

Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

APA yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.

***

08.39

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolumda, Gədəbəy rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb.

Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.

Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə
Избранный
36
9
apa.az

10Источники