RU

Ülkər Səttarova: "Azərbaycan universitetləri müxtəlif reytinqlərdə təmsil olunmurdu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son illər Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yer alması istiqamətində ciddi irəliləyiş özünü göstərir".
Oxu.Az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, daha öncə Azərbaycan universitetləri müxtəlif reytinqlərdə ya təmsil olunmurdu, ya da limitli şəkildə təmsil olunurdu:
"Hazırda QS reytinqində bizim doqquz universitetimiz var. Onların altısı "Top Mind"da yer alır. Bu çox böyük bir göstəricidir.
Onun sözlərinə görə, oktyabr ayında nəticələri açıqlanacaq "World University Rankings" reytinqində Azərbaycan universitetlərinin sayının iki dəfə artacağı gözlənilir:
"İlk dəfə burada sayımız sıfır, keçən il sayımız iki idi. Bu il bu sayın iki dəfə artacağını ehtimal edirik. Rəsmi məlumatlar isə oktyabrda açıqlanacaq, biz bütün siyahını görəcəyik".
Direktor qeyd edib ki, universitetlərimizin reytinqlərdə irəliləməsi təhsilimizin beynəlmiləlləşməsi, əcnəbi tələbələrin axını üçün çox vacibdir:
"Bir çox ekspertlərdən biz universitetlərin reytinq dalınca qaçdığını eşidirik. Lakin reytinq götürsək, onun əsas meyarları, kriteriyaları, metodologiyası bütün dünyada ali təhsilin ölçülməsində əsas meyarları nədirsə, onun üzərində qurulub. Bu, əsasən, elmi komponentdir. Metodologiyadan fərqli olaraq, 25 faiz olur.
Daha sonra əcnəbi tələbələrin, müəllimlərin sayı, akademik reputasiyası, işəgötürənlər arasında reputasiyası, nüfuz gəlir. Ali təhsilin ölçülməsi üçün dünyada başqa hər hansı meyar yoxdur. Bütün bu meyarlar beynəlxalq şirkətlərin əsasındadır. Reytinq bir üsuldur, onun əsasında olan meyarlar bizim ali təhsildə təhlillər aparmaq, özümüzü, qonşularımızı görmək üçün çox vacibdir".
Aygün Mirakif
Избранный
54
oxu.az

1Источники