RU

Təranə Səmədovanın məhkəməsi qəfil dayandırıldı

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədovanın məhkəməsi təxirə salınıb. Prosesin təxirə salınmasına səbəb isə Ali Məhkəmədə bu işi aparan hakim Tahir Kazımovun fəaliyyət yaşının tamam olması və prosesə bir gün qalmış təqaüdə göndərilməsidir. Bu səbəbdən iş başqa hakimə həvalə olunacaq və məhkəmə prosesi yenidən keçiriləcək.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən vəkil Emil Aslan bildirib ki, hakim təqaüdə göndərildikdə proses yeni hakimə ötürülür:

“İşi aparan hakim təqaüdə göndərilirsə, prosesi davam etdirmək üçün yeni hakim təyin olunur. İşi icra edəcək hakim də gedişata uyğun olaraq, prosesi yenidən başlaya və ya harada yarımçıq qalıbsa, oradan da davam edə bilər. Yeni təyin olunan hakim eyni zamanda icraatında olan işlərin çoxluğunu əsas gətirərək, məhkəmədən möhlət istəyib, prosesi uzatmaq hüququna malikdir”.

Vəkil əlavə edib ki, eyni hüquqlar vəkillərə də aiddir:

“Eyni zamanda işi aparan vəkil də öz istəyi və ərizəsi ilə təqaüdə çıxdığı halda onun yerinə təyin olunan yeni vəkil də proseslə bağlı möhlət əldə edə bilər. Hakim dövlət tərəfindən təqaüdə göndərilə bilər, amma vəkillərin təqaüd yaşı yoxdur. Onlar yalnız öz istəklərinə uyğun olaraq fəaliyyətlərini dayandırmaq hüququna malikdirlər. Əgər həmin vəkil dövlət tərəfindən təyin olunubsa, həmin şəxsi yenisi ilə əvəzləmək mümkündür. Burada da vəkil 1 gün ərzində proseslə tanış ola bilməyəcəyi üçün ərizə yazaraq, prosesi uzada bilər”.

Избранный
20
3
publika.az

4Источники