RU

Şagirdi döyənlər sərt cəzalandırılmalıdır ki, sayı çox olmasın Təhsil eksperti

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor müavini şagird və xadiməni döyüb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, direktor müavininin şagirdi və xadiməni döyməsi fərdi hadisədir:

"Məsələn, bir valideyn məktəbə hücum edir və məktəbə, müəllimə qarşı kobudluq edir. Bu, inzibati qaydada xuliqanlıqdır. Burada məsələ odur ki, bizim 3 milyona yaxın valideynimiz var, deyə bilmərik ki, bütün valideynlər məktəbə və müəllimə qarşı belə yanaşır. Müavin vəzifəsi və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi var. İndi demək olmaz ki, bütün müavinlər belədir. Baş verən hadisə fərdi hadisədir. Təbii ki, şagirdi döymək, fiziki cəza tətbiq etmək etik davranış qaydalarının pozulmasıdır".

Onun fikrincə, bunun vəzifəli şəxs tərəfindən yerinə yetirilməsi, vəzifə səlahiyyətlərini aşmaq, vəzifədən sui-istifadə deməkdir:

"Köməksiz vəziyyətdə olan şəxsə fiziki xəsarət yetirmək özü cinayət məsuliyyətidir. Bu kimi hallar sərt cəzalandırılmalıdır ki, sayı çox olmasın. Amma burda təəssüf doğuran məktəb direktorunun və regional təhsil idarəsinin hərəkətsizliyi, lazımi tədbiri vaxtında görə bilməməsidir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
redaktor.az

2Источники