Məlum olduğu kimi, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır.
Hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb.
MSK-nın səlahiyyət müddəti 5 il olduğundan gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək.
25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür.
Publika.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, komissiyanın yeni sədri Rövzət Qasımov olacaq.