RU

Gədəbəydə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB 2

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Gədəbəydə baş verən qəza ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.

12:30

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində baş verən yol qəzasında 20-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, onlar Ulduz Babayeva, İmarət İsgəndərova, İlahə Əliyeva, Xədicə Baxşəliyeva, Məryəm Babayeva, Nailə Məmmədova, İlahə Tağıyeva, Türkan Məcidli, Əfsanə Kazımova, Səbinə Əliyeva, Nərmin Məhərrəmqızı, Bəhruz Bayramov, Emilya Vəliyeva, Pərviz Quliyev və daha bir neçə nəfərdir.

Gədəbəy və Şəmkir Rayon Mərkəzi xəstəxanalarında tibbi yardım göstərilən şəxslərdən bəziləri ambulator müalicə üçün evə buraxılıb.

09:30

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hazırda Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir. Mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.

Fakt araşdırılır.

Избранный
8
1
yeniazerbaycan.com

3Источники