RU

Millimizin yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Fransa ilə oyuna yeni baş məşqçi ilə çıxacaq.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, yığmanın “sükanı arxası”na Ayxan Abbasov keçəcək.

Artıq AFFA ilə mütəxəssis arasında razılaşma əldə olunub. Yaxın günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında qərar rəsmən açıqlanacaq.

Qeyd edək ki, Ayxan Abbasov 2025-ci ilin əvvəlində U-21 milli komandasının baş məşqçisi təyin olunub. Dünya çempionatının seçmə mərhələsində İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuş istefaya göndərildiyi üçün Azərbaycan millisinin Ukrayna ilə oyununa da məhz Abbasov rəhbərlik etmişdi.

Избранный
12
6
bakuinfo.net

8Источники