Bakı Dövlət Universiteti (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr tarixlərində Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndə stendlə təmsil olunur.Bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 20-dən artıq ölkədən 300-dən çox iştirakçı, 150-dən çox ali təhsil müəssisəsi və 50-dən artıq beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları, universitetlərin sosial-iqtisadi inkişafa verdiyi töhfələri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında ali təhsilin rolunu müzakirə edir.Sammit çərçivəsində BDU-nun stendi iştirakçılara Universitetin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıqları, davamlı inkişaf sahəsində həyata keçirilən təşəbbüsləri və gələcək strateji hədəfləri barədə geniş məlumat təqdim edib. Ziyarətçilər BDU-nun təhsil və tədqiqat imkanları, beynəlxalq layihələrdə iştirakı və qlobal akademik şəbəkədə mövqeyi ilə tanış olublar.BDU-nun bu nüfuzlu tədbirdə stendlə təmsil olunması Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Azərbaycanın ali təhsil sisteminin dünyada tanıdılması istiqamətində mühüm addımdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта