RU

Bakıda fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi keçirildi

BAKI, 24 sentyabr. TELEQRAF

Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış sözü ilə qonaqları salamlayan F.Nağıyev yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra çıxış üçün söz Fərid Qayıbova verilib. Bu cür idman turnirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan nazir, son dövrlərdə Qış İdman Növlərinə marağın artdığını deyib. Daha sonda yarış açıq elan edilib.

Qeyd edək ki, Qran-pri sentyarın 26-da başa çatacaq.

Избранный
15
4
teleqraf.com

5Источники