RU

Tanınmış jurnalist vəzifəyə təyin edildi

Tanınmış jurnalist Azər Niftiyev Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şobəsinin rəhbəri təyin edilib. 

25 ilə yaxındır peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan A.Niftiyev respublikanın aparıcı qəzetlərində, informasiya agentliklərində və bir sıra xəbər portallarında rəhbər vəzifələrdə çalışıb. Onun rəhbərlik etdiyi Sosial Media Mərkəzi (SMM) və Azərbaycan Biznes Kommunikasiya Mərkəzi (ABC) PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular və digər istiqamətlərdə fəaliyyət göstərir.

Избранный
30
4
demokrat.az

5Источники