RU

Şagirdi və xadiməni döyən direktor müavini niyə 6 ay sonra cəzalandırıldı? – Video

Təəssüf doğuran hal məktəb rəhbərliyinin və regional təhsil idarəsinin bu kimi hadisələr zamanı hərəkətsizliyi, operativ olmamasıdır. Lazımi tədbiri vaxtında görməli idilər. Üzərindən 6 ay keçdikdən sonra yox.

Bu sözləri Tribunainfo.az-a təhsil üzrə ekspert Elşən Qafarov Lənkəranın M.Qarayev adına Zövlə kənd orta məktəbində baş verən hadisə ilə bağlı danışarkən deyib. Sözügedən məktəbin direktor müavininin şagirdi və məktəbin xadiməsini döyməsi ilə bağlı danışan ekspert bildirib ki, hadisə dərhal aktlaşdırılmalı, baş verdiyi zaman tədbir görülməlidi idi:

“Direktor müavininin xadiməni və şagirdi döyməsi fərdi hadisədir. Təbii ki, şagirdi döymək etik davranış qaydalarının pozulmasıdır. Bunun vəzifəli şəxs tərəfindən törədilməsi vəzifə səlahiyyətlərinin aşılması, vəzifədən sui-istifadədir. Azyaşlının xəsarət alması faktı varsa, bu cinayət hadisəsidir. Sözügedən məktəb direktorunun müavini inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməldir.

Məktəb rəhbərliyi hadisəni dərhal aktlaşdırmalı idi. Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci bəndinə uyğun olaraq, həmin müavin işdən kənarlaşdırılmalı idi. Araşdırma bitdikdən sonra əgər sübut olunsaydı ki, doğurdan da bu şəxs xadimə və şagirdi döyüb (bu Əmək Məcəlləsinin 72-ci maddəsinin pozulması deməkdir), o zaman onunla əmək müqaviləsinə xitam verilməli idi.

Bu hadisə ilə bir daha məktəb rəhbərliyinin və regional təhsil idarəsinin idarəetmə səriştəsinin olmamasının şahidi olduq.
Hər bir halda qınanılacaq hadisədir. Bu kimi hallarda sərt cəzalar olmalıdır ki, belə hadisələr artmasın. Bu məqamda təəssüf doğuran hal məktəb rəhbərliyinin və regional təhsil idarəsinin hərəkətsizliyidir, operativ qərar verməməsi, operativ tədbir görməməsidir. Lazımi tədbiri vaxtında görməli idilər”.

Gülşən Rəsul

Избранный
20
tribunainfo.az

1Источники