RU

Universitetlərə qəbul iki dəfə artırıldı

Son 10 ildə yerli universitetlərə qəbul demək olar iki dəfə artıb.TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışında deyib.Onun sözlərinə görə, Azərbaycanda tələbələrin sayı 27 mindən 60 minə qalxıb:“Azərbaycanda universitetə qəbul ola bilməyənlər digər ölkələrdəki universitetlərə üz tuturlar. Ali təhsilə çıxışa hər kəs malik ola bilər, amma bunun kriteriyaları olmalıdır. Biz tələbə mübadiləsi və universitetlərlə əməkdaşlığı gücləndirməklə yanaşı, elə etməliyik ki, uduzan tərəf olmayaq”, - nazir vurğulayıb.Emin Əmrullayev bildirib ki, hər bir şəxsin təhsilinə davam etmək haqqı olmalıdır: "Sosial vəziyyəti aşağı olan tələbələrin də ali təhsilə əlçatanlığını təmin etməliyik. Bu istiqamətdə əməkdaşlıq və tədqiqat regionda insanların həyatını müsbət istiqamətdə dəyişə bilər".

Избранный
9
9
tehsilforumu.az

10Источники