RU

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN GÖRÜNTÜLƏR

Ermənistanın Armavir vilayətində yerləşən Parakar icmasının rəhbəri Volo­diya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb.

Hadisə ötən gecə baş verib və Ermənistan böyük rezonans doğurub. Qriqoryanla birlikdə Abarat vilayətinin kriminal polis idarəsinin zabiti Karen Abramyan da qətlə yetirilib. Daha bir nəfər isə yaralanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, polisə hadisə barədə məlumat saat 23:50-də daxil olub. Dərhal əməliyyat qrupu əraziyə göndərilib. Hazırda 100-dən çox polis əməkdaşı istintaq tədbirlərinə cəlb olunub. Onların sözlərinə görə, maskalı və əlcəkli şəxs küçədə dayanan üç nəfərə yaxınlaşaraq atəş açıb.

Modern.az-ın məlumatına görə, Volo­diya Qriqoryan mart ayında keçirilən bələdiyyə seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədini məğlub edərək Parakarın icma rəhbəri seçilib.

O, hazırda Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponorluğu ilə yaradılan “Yaşamaq üçün ölkə” partiyasını təmsil edirdi. Qriqoryanın seçkidə qalib gəlməsi digərpartiyaların dəstəyi ilə mümkün olmuşdu.

Hadisə ilə bağlı hələlik konkret versiya irəli sürülməyib. Ermənistan mediasında bunun kriminal “hesablaşma” və ya siyasi motivli sui-qəsd ola biləcəyi ehtimalları müzakirə olunur.

Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində hücumu qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları qısa zamanda cinayətdə əli olan hər kəsi müəyyən etməlidir. Eyni zamanda, Parakarda baş verən zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı preventiv addımların atılmalı olduğu araşdırılacaq və nəticələrdən zəruri nəticələr çıxarılacaq”.

Son illər Ermənistanda kriminal qruplar arasında silahlı toqquşmalar tez-tez baş verir. Qriqoryanın öldürülməsi isə Ermənistanda siyasi sabitliyi sarsıda biləcək hadisə kimi qiymətləndirilir.

 

Избранный
14
modern.az

1Источники