RU

Bakıda keçirilən fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi baş tutub - VİDEO

Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, tədbir Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdmanı Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Açılış sözü ilə qonaqları salamlayan Nağıyev yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra çıxış üçün söz Qayıbova verilib. Bu cür idman turnirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan nazir, son dövrlərdə qış idmanı növlərinə marağın artdığını deyib. Daha sonra yarış açıq elan edilib.

Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.

İdman.biz

Избранный
7
4
idman.biz

5Источники