RU

“Azəriqaz” rəhbərliyində QARŞIDURMA: Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib? / ŞOK İDDİA

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyində qarşıdurma yaranıb.

Sitat.info-nun “32gun.az”-a istinadən məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun fəaliyyəti keçmiş baş direktor Ruslan Əliyevin bu qurumda hələ də çalışan adamları tərəfindən sabotaj olunur. Belə ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev, İnsan resursları departamentinin rəisi Xəqani Bəşirli, yeni yaradılmış Naxçıvan Regional Qaz-İstismar İdarəsinin rəisi Rəşad Cavadov, Baş direktorun müşaviri Cahid Hüseynov, Bakı Regional Qazın Satış Departamentinin Zamin Mehrəliyev və Ağsu RQİİ-nin rəisi Namiq Məmmədov Azər Məmmədova qarşı qruplaşma yaradaraq, qurumun fəaliyyətində nöqsanların yaranmasına imkan yaradırlar. Nəticədə isə bir ildir ki, “Azəriqaz” İB-nin rəhbəri təyin olunan Azər Məmmədovun qurumda islahatlar aparması yubanır. 

İddialara görə, bu qruplaşmanın arxasında “Azəriqaz” İB-nin sabiq baş direktoru Ruslan Əliyev dayanır. O, köhnə və özünə yaxın olmuş komanda üzvləri vasitəsilə Azər Məmmədovun şəffaf fəaliyyətinə kölgə salmağa çalışır. 

Bu qruplaşma “Azəriqaz” kollektivi arasında da ciddi narazılıq doğurub. Bu səbəbdən Baş direktor Azər Məmmədovla müavini Nail Abdullayev arasında mübahisə yaranıb. Bu hadisədən az sonra Azər Məmmədovun səhhətində problem yaranıb. O, xəstəxanaya yerləşdirilib. Azər Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı mediada da məlumat yayılmışdı. 

“Azəriqaz” İB-dəki bu qruplaşmadan SOCAR rəhbərliyinin də məlumatı var. Belə ki, xeyli vaxtdır qruplaşmada adları hallanan Rəşad Cavadovun və Namiq Məmmədovun əmrləri Dövlət Neft Şirkəti tərəfindən təsdiqlənmir. Hazırda onlar “Azəriqaz” İB-nin daxili əmri əsasında 3 aylıq müqavilə ilə çalışırlar.

Yazılanlarla bağli "Azəriqaz"ay sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb. 

Избранный
16
5
sitat.info

6Источники