UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" oktyabrın 1-də "Kopenhagen"i qəbul edəcək. "Köhlən atlar"ın Danimarka təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi qarşılaşmaya maraq böyükdür. Bəs görəsən ÇL-in 2-ci turunda baş tutacaq görüşün biletləri satışa nə vaxt çıxarılacaq? Suala cavab tapmaq üçün "Qarabağ"ın sözçüsü Anar Hacıyevlə əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Plana əsasən biletlər cümə günü satışda olmalıdır. Bu yöndə son hazırlıq işləri gedir".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu 20:45-də başlayacaq.
Nihat