RU

“Xarici baş məşqçi gətirsələr, komanda Premyer Liqada qalmayacaq” - VİDEO

“Bu gün “Kəpəz”ə xarici mütəxəssisin dəvət edilməsi komandanın gələn mövsüm Birinci Liqaya yuvarlanmasına səbəb olar.

Çünki gələcək hər hansı əcnəbi ona vaxtın lazım olduğunu deyəcək.

Gətirəcəyi aruqmentlərdə də haqlı çıxacaq. Yerli məşqçi isə hara getdiyinin fərqinə varacaq. Onu nələrin gözlədiyinin əvvəlcədən biləcək”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı məşqçi Amit Quluzadə olub.

Verilişdə “Kəpəz”də baş verən məşqçi dəyişikliyi məsələsinə toxunulub, yeni namizədin legioner olması barədə gəzən söz-söhbətlərə münasibət bildirilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
9
sportinfo.az

1Источники