1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Görüş zamanı birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq ticarət, investisiya, biznes, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirdik".
Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Ana Brnabiç (@anabrnabic) ilə görüşdük. Görüş zamanı birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq #ticarət, #investisiya, #biznes, #enerji və digər sahələrdə #iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını… pic.twitter.com/drFyyWqAvq
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2025