RU

"Azərbaycan və Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan və Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA"Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq edirlər".

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə keçirdiyi brifinqdə deyib.

Spiker qeyd edib ki, bu gün Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlıq edirlər:

"Azərbaycan və Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir və bu prosesin mühüm dayaqlarından biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Sahibə Qafarovanın açıqlaması təsadüfi deyil, çünki Bakı və Belqrad beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləməklə siyasi etimad kapitalını gücləndirirlər. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə Serbiya açıq şəkildə Bakının yanında dayanıb. Eyni mövqeyi Azərbaycan da Kosovo məsələsində Serbiyaya dəstək verməklə nümayiş etdirib. Bu qarşılıqlı dəstək həm ikitərəfli münasibətlərin strateji xarakterini göstərir, həm də regionlarda yeni diplomatik koordinasiya nümunəsi yaradır. Parlamentlərarası əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin möhkəmlənməsinə paralel olaraq humanitar və iqtisadi əlaqələrin inkişafına da təkan verir. Deputat heyətlərinin qarşılıqlı səfərləri isə xalqlar arasında yaxınlaşmanı sürətləndirir. Azərbaycan üçün Serbiya Avropada etibarlı tərəfdaş, Serbiya üçünsə Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsi isə münasibətlərin yalnız ikitərəfli səviyyədə deyil, çoxtərəfli müstəvidə də dərinləşdiyini təsdiqləyir. Nəticə etibarilə, Azərbaycan–Serbiya əməkdaşlığı bu gün regional sabitliyə və beynəlxalq siyasətdə qarşılıqlı dəstək mexanizmlərinə mühüm töhfə verir"

Избранный
19
sonxeber.az

1Источники