RU

Rusiya işğalı altındakı ərazilər benzinsiz qalıb - Bahalaşma, qıtlıq, xaos başlanıb

Hurriyyet.az xəbər verir ki, Krım yarımadasının yanacaqdoldurma məntəqələri tamamilə benzinsiz qalıb. Sentyabrın 24-də verilən məlumata görə, hətta ən bahalı A100 markalı benzin belə yoxa çıxıb. Bu barədə "Krım. Realii" portalı məlumat verib. Adının açıqlanmasını istəməyən yerli hüquq müdafiəçisi portala müsahibəsində deyib: "Krımlıların qorxduqları başlarına gəldi. Yanacaqdoldurma məntəqələrində benzin yoxdur. Əməkdaşlarına maaş ödəməmək üçün bir sıra məntəqələr tamamilə bağlanıb. Benzin qıtlığı sıravi krımlılarla yanaşı, müəssisələrə də zərbə vurub. Yollarda avtomobillər azalıb. Marşrut avtobusları dopdoludur. Bir çox insanlar öz qəzəblərini aşkar bildirirlər, Krım rəhbərliyini yarıtmazlıqda ittiham edirlər".

Xatırladaq ki, "Reuters" agentliyinin avqustun 26-na olan məlumatına görə, Rusiya neft emalı gücünün 17%-ni itirib. Rusiyanın 20 regionunda və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yanacaq qıtlığı yaranıb. Eyni zamanda, bütün ölkə üzrə neft məhsullarının qiyməti artır.

Hürr Tərcüman

 

Избранный
28
hurriyyet.az

1Источники