RU

Rusiyada minimum əmək haqqı artırılır

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı il yanvarın 1-dən Rusiyada minimum əmək haqqı 20%-dən çox artaraq 27 093 rubla çatacaq. Baş nazir Mixail Mişustin bildirib ki, bu addım 4,5 milyondan çox işçinin əməkhaqqını artıracaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hazırda minimum əmək haqqı şəxsi gəlir vergisindən əvvəl 22 440 rubl təşkil edir.

Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların Məsələləri Komitəsinin rəhbəri Yaroslav Nilov minimum əmək haqqının inflyasiya proqnozundan yüksək artacağını açıqlayıb.

Qanunvericiliyə görə, işçi tam iş günü işlədiyi və vəzifələrini yerinə yetirdiyi halda, işəgötürən ona minimum əmək haqqından az maaş verə bilməz.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
icma.az

1Источники