Vaşinqtonla Rusiyanın təcavüzünə qarşı mübarizə məsələlərində qarşılıqlı əlaqələrin gücləndirilməsi Brüsselin və şəxsən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin məqsədyönlü səylərinin nəticəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Olof Gill bildirib.
Brüsseldə dolayı olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti Qərbin dəstəyi ilə geri qaytara biləcəyi barədə sözlərini alqışlanıb, bunu öz işlərinin nəticəsi kimi qiymətləndiriblər.
Rəsmi nümayəndənin sözlərinə görə, Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyi dəyişməz qalır.