Son vaxtlar boşanacaqları və bütün əmlaklarını satacaqları xəbərləri ilə gündəmə gələn məşhur cütlük Burak Özçivit və Fahriye Evcen, yayılan iddialara sosial şəbəkədə paylaşdıqları fotolarla nöqtə qoyublar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir müddət öncə cütlüyün bütün mal varlığını əlindən çıxaracağı və boşanma ərəfəsində olduqları iddia edilmiş, bu xəbərlər isə onların pərəstişkarları arasında böyük maraq doğurmuşdu. Söz-söhbətlərdən sonra qısa müddətlik Londona istirahətə yollanan Özçivit və Evcen, dönüşdə səssizliklərini pozublar.
Onlar "Contemporary İstanbul" sənət sərgisində yaxın dostlarının əsərlərini ziyarət edərək birlikdə çəkilmiş səmimi fotolarını sosial media hesablarında paylaşıblar.
Şəkillərdə xoşbəxt və rahat halları ilə diqqət çəkən məşhur cütlük, "ayrılıq" söz-söhbətlərinə son qoyan bir mənzərə sərgiləyib. Eyni zamanda sənətə olan maraqlarını da nümayiş etdirən paylaşım, qısa müddədə minlərlə bəyənmə və şərh toplayıb.