RU

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqladı

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları (Azərbaycan və rus dillərində) paylaşıb.Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Избранный
10
15
tehsilforumu.az

10Источники