RU

Liverpul un yeni transferi ilk oyunda zədələndi uzun müddət oynamayacaq

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

İngiltərənin "Liverpul" klubunun heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun müdafiəçisi Covanni Leoni sıradan çıxıb.

İtaliyalı futbolçu dünən İngiltərə Kubokunun "Sauthempton"la matçının 81-ci dəqiqəsində zədələnib. 

Leoninin zədəsi ciddidir. 18 yaşlı mərkəz müdafiəçisinin dizinin çarpaz bağları qopub. Onun ən yaxşı halda mövsümün sonunda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul"  Covannni Leonini bu ilin avqust ayında "Parma"dan 31 milyon avroya transfer edib. İtaliya  U-21 millisinin üzvü Mersisayd təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
sportal.az

2Источники