RU

Erməni arxiyepiskop həbsdə qaldı

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının arxiyepiskopu Mikayel Ajapahyanın işi üzrə hökm elan olunub.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

İrəvan Cinayət Məhkəməsində hakim Armine Meliksetyanın sədrliyi ilə keçirilən prosesdə o, təqsirli bilinib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməyib.

Xatırladaq ki, Ajapahyan hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlar etməkdə ittiham olunur.

Ağarza Elçinoğlu

Избранный
29
unikal.az

1Источники