RU

Ruslar USQ nin təlim hissəsini “İsgəndər” raketləri ilə vurub, itkilər var

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinin (USQ) təlim bölmələrindən birinə ballistik raketlər də daxil olmaqla, hava hücumu edib.

Bizimyol.info xəbər verir ki, bu barədə deyə Ukrayna Quru Qoşunları "Telegram"da bildirib.

“Sentyabrın 24-də düşmən Ukrayna Silahlı Qüvvələrinin təlim bölmələrindən birinin ərazisinə hücuma keçib. İstifadə olunan silahlar arasında iki “İsgəndər” ballistik raketi də var”, - deyə bildirilir.

Qeyd olunur ki, görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, sığınacağa dəqiq zərbə endirilməsi səbəbindən şəxsi heyət arasında itkilərin qarşısını tam almaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir. Yaralılara təcili olaraq bütün lazımi tibbi yardım göstərilir.

"İnsanların həyat və sağlamlığının qorunması məqsədilə təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz edilməsi istiqamətində davamlı işlər davam etdirilir. Bundan başqa, düşmənin raket və hava hücumları zamanı hərbçilərin müdafiəsi üçün əlavə təhlükəsizlik tədbirləri görülür", - deyə Ukrayna Silahlı Qüvvələri qeyd edib.

Xatırladaq ki, avqustun 12-də Rusiya ordusu Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Bölmə həmin vaxt şəxsi heyətin lazımi qaydada xəbərdar edildiyini, lakin sığınacaqlara və anbarlara keçərkən bir qrup hərbi qulluqçu kaset sursatlarının təsir zonasına düşüb. Nəticədə bir əsgər həlak olub, iyirmidən çox əsgər isə yaralanıb.

İyunun 22-də düşmən Ukrayna Quru Qoşunlarının mexanikləşdirilmiş briqadalarından birinin əsgərlərin təlim keçdiyi poliqona da raket zərbəsi endirib.

Həmin vaxt komandanlıq qeyd edib ki, çoxsaylı itkilərin qarşısı alınıb, lakin 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
icma.az

1Источники