RU

Bloqerlər arasında avarçəkmə yarışı keçirildi

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkəmizdə tanınmış bloqerlər arasında avarçəkmə yarışı təşkil edib.
Teleqraf xəbər verir ki, yarışda 50 nəfərə yaxın iştirakçı iki kateqoriya üzrə, qızlar və oğlanlar arasında həvəskarlar üçün kayak qayıqlarında mübarizə aparıblar.

Oğlanlar arasında Rəsul Həsənli 1-ci, Hüseyn Hüseynzadə 2-ci, Elşad İsmayılov üçüncü yer tutub. Xanımların mübarizəsində Nərmin Kazımzadə digər bütün iştirakçıları qabaqlayıb. Tamilla Hüseynli ikinci olub.Sara Qaragözlü isə finalda finişə üçüncü çatıb.

Qaliblər Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən diplom, xatirə hədiyyəsi və abunəlik kartları ilə mükafatlandırılıblar.

Избранный
19
3
teleqraf.com

4Источники