RU

Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Cəbrayılda İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər və mövcud çağırışlar müzakirə edilib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.
Cəbrayıl rayonuna səfər çərçivəsində, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Füzuli rayonu Horadiz kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Horovlu kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Daha sonra İşçi qrupun Cəbrayıl rayonunda iclası keçirilib.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində icra edilən minatəmizləmə layihələri barədə məlumat verib. O qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonu yalnız işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün deyil, həm də bütün regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84,146.5 hektar olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210,655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev ölkə rəhbərinin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işlərinin keçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlı məskunlaşmasına xidmət etdiyini bildirib. V. Hacıyev qarşıya qoyulan hədəflərə nail olmaq üçün torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin ən əsas vəzifələrdən biri olduğunu və belə önəmli və fədakar fəaliyyətinə görə ANAMA-nın hər bir əməkdaşına xüsusi təşəkkürünü ifadə edib.
İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən müzakirə edilib.

Cəbrayılda Cəbrayılda Cəbrayılda Cəbrayılda Cəbrayılda
Избранный
45
9
apa.az

10Источники