RU

Ruslara qoyduğu şərtlər medianın gündəmini zəbt etdi - Təfərrüat 

Snup Doq Rusiyada konsert keçirməyə razılıq verib, lakin yalnız qapalı məclisdə və ən azı 2 milyon dollar qonorar qarşılığında.

Ölkə.Az-ın BAZA Teleqram kanalına istinadla verdiyi məlumata görə, reperin rus sifarişçiyə təqdim etdiyi şərtlər ortaya çıxıb.

Reper yalnız premium səviyyəli şəxsi təyyarə ilə uçmağa hazırdır. Onu çəkmək, foto və video yaymaq qəti qadağandır — bütün iştirakçılar məxfilik sazişi imzalamalıdır. Snup Doq üçün ən azı 5 ulduzlu hoteldə otaq ayrılmalıdır.

Onun qrim otağında "PlayStation 1" oyun konsolu və idman oyunları kolleksiyası (Madden 99, NBA Live 99, NCAA College 99, Triple Play 99) olmalıdır. Dörd ədəd coystik və dostları ilə oyun oynamaq üçün böyük ekran tələb olunur. Reperin qrupuna ayrıca qapısı kilidlənən, duş və tualeti olan qrim otağı ayrılmalıdır və orada ən azı 12 nəfər yerləşməlidir. Flüoresan işıqlandırma yolverilməzdir — yalnız lampalardan istifadə olunmalıdır.

16 nəfərlik süfrəyə qızardılmış toyuq, barbekü, italyan və meksika mətbəxi yeməkləri, steyk, qızardılmış və ya sobada balıq, həmçinin tərəvəzli karri təqdim edilməlidir. Plastik və ya kağız qab-qacaqdan istifadəyə icazə verilmir — yalnız parça süfrələr və salfetlər olmalıdır.

Reperin mühafizəsi üçün 11 nəfərdən ibarət ingilis dilini bilən və eyni formalı köynəklər geyinmiş mühafizəçilər tələb olunur. Onlar 24 saat ərzində parkinq, səhnə və qrim otaqlarında keşik çəkməlidirlər. Təhlükəsizliklə bağlı hər hansı bir risk şounun dərhal ləğv edilməsinə səbəb olacaq.

Избранный
26
1
olke.az

2Источники