RU

Millinin baş məşqçisinin evi qarət olundu

Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martinezin evi qarət olunub.

Sportal.az xəbər verir ki, oğruların mətbəxdən içəri girdiyi və bir milyon avrodan çox dəyərində zinət əşyaları ilə saat apardığı bildirilir.

Hadisəni evin zirzəmisində işləyən bağban aşkarlayıb. O, yuxarı qalxdıqda evin qarışdırıldığını görüb. Hadisə vaxtı Martines evdə olmayıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2023-cü ilin yanvarından Portuqaliya millisinin baş məşqçisidir. Hazırda komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Milli oktyabrın 11-də İrlandiya ilə, üç gün sonra isə Macarıstanla qarşılaşacaq.

saytlarin hazirlanmasi

Избранный
28
sportal.az

1Источники