RU

FİFA Dünya Çempionatı ilə bağlı tarixi qərar astanasında Müzakirələr aparılır

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

2030 Dünya Çempionatının 64 komandaya qədər genişlənməsi müzakirə olunur.

FIFA prezidenti Canni İnfantino ABŞ-nin Nyu-York şəhərində Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəhbəri Alehandro Dominqes, Argentina və Uruqvay futbol Federasiyalarının rəhbərləri, eləcə də Paraqvay Prezidenti Santyaqo Penya və Uruqvay Prezidenti Yamandu Orsi ilə görüş keçirib. Görüşdə 2030-cu il dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi təklifi müzakirə olunub.

Qeyd edək ki, CONMEBOL-un təklifi ilk dəfə mart ayında Uruqvay nümayəndəsi tərəfindən FIFA-nın onlayn iclasında irəli sürülmüşdü. Lakin bu, qurum rəhbərlərinin məsələni ilk dəfə birbaşa İnfantinoya təqdim etməsi kimi tarixə düşüb.

“Biz tarixi 2030 dünya çempionatına inanırıq! FIFA prezidenti Canni İnfantinoya təşəkkür edirəm ki, bizi qəbul etdi və futbolun yüzillik yubileyinə gedən yolda birgə çalışırıq. Biz birliyə, yaradıcılığa və böyük arzulara inanırıq. Çünki futbol hər kəsindir və o zaman bayram həqiqətən qlobal olur”, – Dominqes görüşdən sonra bildirib.

2026-cı ildən dünya çempionatının 32-dən 48 komandaya genişlənəcəyi artıq təsdiqlənib. 2030 mundialı isə tarixdə ən genişmiqyaslı turnir olacaq – altı ölkə və üç qitə üzrə keçiriləcək. İlk mundialın ev sahibi olan Uruqvayda bir oyun oynanılacaq. Digər ev sahibləri arasında Paraqvay, Argentina, İspaniya, Portuqaliya və Mərakeş də yer alır.

Argentina Futbol Federasiyasının rəhbəri Klaudio “Çiki” Tapia da açıqlamasında bu görüşün tarixi əhəmiyyətini vurğulayıb: “Bu vacib toplantıda ölkəmizi təmsil etmək mənim üçün böyük şərəf idi. Biz bu görüşün baş tutması üçün təşəbbüs göstərdik ki, arzumuz gerçəkləşsin”.

Əgər təklif qəbul olunarsa, mundialda 128 oyun keçiriləcək. Bu isə indiyə qədər tətbiq edilən 64 oyundan iki dəfə çoxdur. Bununla yanaşı, Cənubi Amerikanın bütün 10 üzv ölkəsinin mundiala qatılması üçün imkan yaranacaq.

Bununla belə, bəzi futbol qurumları və ekspertlər 64 komandalı formatın oyunun keyfiyyətini zəiflədəcəyini və seçmə mərhələlərin dəyərini azaldacağını bildirirlər. UEFA prezidenti Aleksandr Çeferin də əvvəllər bu ideyanı “pis fikir” adlandırmışdı. \\Offsideplus.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
2
hurriyyet.az

3Источники