RU

Elm və Təhsil nazirliyinin şöbə müdiri ilə bağlı qalmaqallı iddia

Təhsil eksperti Elşən Qafarov Elm və Təhsil Nazirliyi ilə bağlı qalmaqallı iddia səsləndirib.

Ekspertin sözlərinə görə, Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılovun xanımı məktəb direktoru vəzifəsinə təyin olunub. Direktor isə rəhbərlik etdiyi məktəbin valideynlər üçün yaradılmış WhatsApp qrupunda pul yığımı ilə bağlı açıq səsli mesajlar göndərir:

“Elm və Təhsil Nazirliyində Daxili nəzarət şöbəsi var. Xanımını da məktəb direktoru qoyub. Xanımı və həmin məktəbin direktoru məktəbin WhatsApp qrupuna pul yığmalarla bağlı açıq səslər göndərir,” – deyə Elşən Qafarov qeyd edib.

Ekspert əlavə edib ki, bu kimi hallar təhsil sahəsində şəffaflığa ciddi zərbə vurur və ictimai narazılıq yaradır.

İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Избранный
26
editor.az

1Источники