RU

Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Albaniya və Azərbaycan çox yaxşı dost ölkələrdir".
Oxu.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Albaniya Prezidenti Bayram Beqay bildirib.
Albaniya prezidenti deyib ki, iki ölkə arasında çox yaxşı siyasi dialoq mövcuddur və iqtisadi əməkdaşlıq da gücləndirilib.
"Qarşılıqlı maraq doğuran sahələrdən biri enerji sahəsidir və Azərbaycanın Albaniyadakı investisiyaları çox yüksək qiymətləndirilir. Trans-Adriatik boru kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyi təmin olunur və bu gün Azərbaycandan Albaniyaya və bütün Avropaya gələn qazın həcmi artır. Düşünürəm ki, qarşılıqlı maraq doğuran digər sahələrdə, xüsusilə turizm sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə çalışmalıyıq. Dostluq münasibətlərimiz sayəsində gələcəkdə bunu daha yaxşı edə biləcəyik", - deyə Bayram Beqay vurğulayıb.
Избранный
64
6
oxu.az

8Источники