RU

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin layihəsi çərçivəsində keçirilən yarış davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən yarışın qrup mərhələsi davam edir. 

QHT.az xəbər verir ki, Bu gün “C” qrupunun oyunları keçirilib. Qrupda Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos”, Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbin “Qara İnci”, Qazax rayon Çaylı kənd V.Göşşüyev adına 1 saylı tam orta məktəbin “Terrible Space”, Qazax rayon Orta Salahlı kənd S.M.Hacıyev adına tam orta məktəbin “Zəka” və Ağstafa rayon Qıraq Kəsəmən kənd X.Mirzəyev adına tam orta məktəbin “Turan” komandaları mübarizə aparıb. Qaydaya əsasən, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Kosmos” və  “Terrible Space” komandaları yarımfinala adlayıblar.

Növbəti günlərdə - 25 və 26 sentyabr tarixlərində müvafiq olaraq "D" və "E" qruplarının oyunları keçiriləcək. Hər qrup üzrə ən çox xal toplayan iki komanda 27 sentyabr tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal mərhələsində isə ən güclü dörd komanda finalda mübarizə aparacaq. Turnirin qalibi kubokla, I, II və III yerləri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunacaqlar. 

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

Избранный
14
qht.az

1Источники