UFC-nin braziliyalı ulduzu Çarlz Oliveyra şəxsi “Instagram” səhifəsində növbəti rəqibini açıqlayıb.
Fanat.Az xəbər verir ki, döyüşçünün qarşılaşacağı rəqib Mateuş Qamrot olacaq.
Maraqlı qarşılaşma Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək və 11 oktyabr tarixində baş tutacaq.
Qeyd edək ki, Oliveyranın əvvəlki rəqibi azərbaycanlı döyüşçü Rafael Fiziev idi. Lakin o, zədələndiyi üçün qarşılaşmadan geri çəkilib.
Kamil Xudiyev