RU

Ləzədə VƏZİYYƏT KRİTİKDİR Palçıq selinin evləri basma təhlükəsi var VİDEO/ÖZƏL

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qusarın Ləzə kəndində palçıq seli nəticəsində bu dəqiqələrdə vəziyyət daha da kritikləşib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ləzəçayla gələn palçıq layının çayın sol kənarındakı 2 evi basma təhlükəsi artıb.Sakinlər böyük təşviş və qorxu içindədirlər. Sakinlərin sözlərinə görə, hazırda ərazidə işləyən 2 texnika azlıq edir.Rəsmi qurumlar çayın sol hissəsində damba-torpaq bənd qurmaq üçün işlərə başlayıblar.Qusar rayon icra hakimiyyətinin suvarma sistemləri və yol idarələrinin əməkdaşları hadisə yerindədirlər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
bizim.media

2Источники