RU

6G ni dəstəkləyən telefonlar bu tarixdə istifadədə olacaq

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Amerikanın “Qualcomm” şirkəti yeni nəsil mobil rabitənin inkişafı üçün vaxt cədvəlini açıqlayıb. Baş direktor Kriştianu Amon “Snapdragon Summit 2025”də 6G-ni dəstəkləyən ilkin cihazların 2028-ci ildə istifadədə ola biləcəyini bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, yeni texnologiya məlumatların yükləmə sürətinin artırılması ilə məhdudlaşmır.

Amonun sözlərinə görə, 6G sensor məlumatlarının qavranması və emal edilməsi üçün intellektə malik bir şəbəkə olacaq, eləcə də, bulud sistemləri ilə kənar cihazlar arasında əlaqə kimi dizayn ediləcək. Smartfonlar istifadəçinin ətrafında baş verənləri təhlil etmək və ona reaksiya vermək qabiliyyətinə malik infrastrukturun bir hissəsinə çevriləcək.

6G standartı rabitə və sensor texnologiyalarının funksiyalarını birləşdirəcək. Telefonlardan və mobil rabitə qüllələrindən gələn siqnallar ətraf ərazinin xəritələrinin yaradılması üçün radar kimi istifadə oluna biləcək. Bu, bağlı yerlərdə dəqiq naviqasiya, jestlərin tanınması və şəhər infrastrukturunun təkmilləşdirilməsi üçün imkanlar yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
4
qafqazinfo.az

5Источники