“Ford” Amerika Birləşmiş Ştatlarında 115,5 min avtomobili geri çağıracaq.
Publika.az xəbər verir ki, qərar 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”, “F-350” və “F-450” modellərinə şamil olunacaq.
Buna səbəb sükan sistemində ortaya çıxan nasazlıqdır. Aşkarlanan nasazlığın hərəkət zamanı sükanın yuxarı valının yerindən çıxmasına və nəticədə nəqliyyat vasitəsində idarəetmənin itirilməsinə səbəb ola biləcəyi qeyd edilir.