RU

KİV: Ağ Ev şatdaun halında kütləvi ixtisarlar barədə göstəriş verib

Ağ Evin İnzibati və Büdcə İdarəsi dövlət orqanlarına oktyabrın 1-də şatdaun baş verəcəyi tədqirdə, federal hökumətin işinin dayandırılması halında kütləvi işdən çıxarılma və kadr ixtisarları üçün planlar hazırlamağın zəruriliyi barədə bildiriş göndərib

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" mənbələrinə istinadən məlumat yayıb.

Federal agentlik işçilərinin şatdaun zamanı əməkdaşların kütləvi şəkildə məzuniyyətə göndərilmənin adi təcrübəsindən fərqli olaraq, bu dəfə plan işdən çıxarmaq, həmçinin Prezident Donald Trampın prioritetlərinə uyğun gəlməyən proqram və layihələri bağlamaqdan ibarətdir.

Qəzet qeyd edib ki, əvvəlki illərdə işdən çıxarılan işçilər maliyyələşmə bərpa olunduqdan dərhal sonra yenidən işə götürülürdülər. Lakin bu seçim artıq nəzərdə tutulmur.

"Bu dəfə Administrativ Büdcə İdarəsinin direktoru Rassell Vout iş yerlərinin itirilməsi təhlükəsindən təzyiq vasitəsi kimi istifadə edərək, (respublikaçıların) Konqresdəki demokratlarla dövlət xərcləri ilə qarşıdurmasında payını artırdı", - "Politico" vurğulayıb.

Administrativ Büdcə İdarəsindəki mənbəyə görə, sosial sığorta, tibbi yardım və veteranlara dəstək proqramları şatdaundan asılı olmayaraq fəaliyyətini davam etdirəcək. Həmçinin hərbi, hüquq-mühafizə orqanları, miqrasiya və sərhəd nəzarəti xidmətlərinin və hava hərəkəti dispetçerlərinin maliyyələşdirilməsi də davam edəcək.

Избранный
22
ikisahil.az

1Источники