Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel deyib. O, bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bır sıra fürsətlər baş tutub: “Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”, - deyə Şarl Mişel əlavə edib
10Источники
-
ulusum.azZəngəzur dəhlizinin açılması... - Mişel ( 21720514)
-
sherg.azZəngəzur dəhlizinin açılması... - Mişel ( 21718738)
-
azertag.azŞarl Mişel: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək VİDEO ( 21718699)
-
buta.tvZəngəzur dəhlizinin açılması... - Mişel ( 21717820)
-
axar.azZəngəzur dəhlizinin açılması... - Mişel ( 21717754)
-
azerbaijan-news.azŞarl Mişel: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək ( 21714802)
-
konkret.azZəngəzur dəhlizi açılsa, Avropa İttifaqı Qafqazı… – Mişel ( 21712861)
-
demokrat.azŞarl Mişel: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək ( 21711265)
-
bizim.mediaŞarl Mişel Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən DANIŞDI ( 21711379)
-
azertag.azŞarl Mişel: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək ( 21710653)