RU

Fəxri Kazımov nə qədər pul qazanıb? Rəqəmlər

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəhbərliyinə ödənişlər məlum olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyinə ödənişlər 2022-ci ildə 209,5 min manat, 2023-cü ildə isə 230,3 min manat təşkil edib. Beləliklə, rəhbərliyə ödənişlər bir il ərzində təxminən 10% artıb. Rəhbərliyə ödənişlər yalnız əmək haqqı və əmək haqqına bərabər tutulan vəsaitlərdən ibarət olub.

Maraqlıdır ki, Fond əvvəlki rəsmi sənədlərdə rəhbərliyə ödənişləri açıqlasa da, 2024-cü il üzrə rəqəmləri gizlədib və sadəcə ümumi sözlərlə kifayətlənib.

Bununla belə, əvvəlki illərin dinamikası və inflyasiya nəzərə alınaraq rəhbərliyə ödənişlərin təxminən 250 min manata yüksəldiyi ehtimal edilir.

Fondun İdarə Heyəti sədr Fəxri Xanhüseyn oğlu Kazımov və sədr müavini Ramil Şakir oğlu Tahirovdan ibarətdir. Başqa sözlə, sözügedən vəsait iki nəfərə ödənilib. Beynəlxalq və yerli təcrübəyə əsasən sədr və sədr müavini üzrə ödəniş nisbəti vəzifə bölgüsünə uyğun olaraq 1,2:1 nisbətində hesablanır. Bu isə o deməkdir ki, F.Kazımov ötən il orta hesabla 135–140 min manat, R.Tahirov isə 110–115 min manat illik gəlir əldə edib.

Qeyd edək ki, 2023-cü il üzrə bu rəqəm müvafiq olaraq 125-130 min və 100 min manat təşkil edib. 

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Prezidentin 2017-ci il fərmanı ilə Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondunun birləşdirilməsi əsasında yaradılıb. Fondun əsas məqsədi ipoteka kreditlərinin verilməsini, kirayə mənzil mexanizmini və sahibkarlığa verilən kreditlər üzrə zəmanət sistemini dəstəkləməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
8
qaynarinfo.az

9Источники