RU

“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO 

“Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq qapı təqdim edir.


“Təhsil üçün yanındayıq #yaxındayıq” adlanan bu layihə ilkin mərhələdə 5 region – Quba, Bərdə, Göyçay, Masallı və Zaqatala mağazasını əhatə edir. Buradakı “dərs otaqları” məktəblilərin rahatlıqla dərslərinə hazırlaşa bilməsi üçün tam şəraitlə – notbuk, printer, masa-stul dəsti və digər ləvazimatlarla təchiz olunub.

Şəbəkə “dərsini burada et” devizi altında yaratdığı bu zonalarda texnologiyaya çıxışı məhdud olan uşaqlara bərabər imkanlar təqdim etməyi, onların öyrənmə bacarıqlarını və gələcək potensiallarını inkişaf etdirməyi hədəfləyir.

Bu layihə həm də təsirli təqdimat videoçarx ilə diqqət çəkir. Çarx izləyicilərə bir uşağın gələcəyini dəyişmək üçün hər zaman böyük imkanlara ehtiyac olmadığını xatırladır. “Kontakt” bu videoçarx ilə göstərir ki, bəzən bütün fərqi yaradan sadəcə kiçik bir masa, bir notbuk və açıq bir qapıdır.

Və ona görə də layihənin maraq görən videoçarxında da deyilən çağırışa biz də qoşuluruq: Təhsil üçün yanındayıq #yaxındayıq.


Layihənin texniki dəstəkçisi qismində isə “Caetono Distribution” çıxış edir. 

Qeyd edək ki, sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Kontakt” illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində davamlı layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də aktiv şəkildə davam etdirməyi planlaşdırır.

Избранный
16
5
manset.az

7Источники