RU

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.

    1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

    Избранный
    39
    8
    bakivaxti.az

    10Источники