RU

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davametdirilir.

Fərmanın tələblərinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. İdarəinformasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yəməxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinəVirtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə– BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsitəmin olunub.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı vəəlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan“AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsindədövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyatdata mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiyasistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır.Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimindəmonitorinq xidmətinə nail olunur.

Məqalədə:
Избранный
157
23
az.trend.az

10Источники