RU

Tramp daxili terrorizmlə mübarizə üçün sərəncam imzalamağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp bu həftə ölkədə daxili terrorizmlə mübarizə üçün fərman imzalamağı planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə o, Truth sosial səhifəsində məlumat verib.

“Bu həftə mən bu yerli terror şəbəkələrinin ləğvi ilə bağlı əmr imzalayacağam”, – o yazıb.

Tramp həmçinin Dallasda ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin binası qarşısında atışma baş verdiyi barədə məlumat aldığını bildirib.

Qeyd edek ki, sentyabrın 24-də Texas ştatının Dallas şəhərində ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi ofisində atışma baş verib, azı üç nəfər yaralanıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники