RU

Bazar islahatları və subsidiyaların aradan qaldırılması Azərbaycanın "yaşıl" keçidinin açarı olacaq - "EU4Energy" eksperti

Bakı. Trend:

Azərbaycan arıdıcl bazar islahatları aparmaqla, subsidiyalarıləğv edib, rəqabətcil mühit yaratmaqla yaşıl enerjiyə doğruirəliləyir.

Trend xəbər verirki, bunu Beynəlxalq Enerji Agentliyinin Avropa İttifaqının EnerjiProqramının (EU4Energy) Azərbaycan üzrə eksperti Pərviz QəribzadəBakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl EnerjiHəftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025)çıxışında deyib.

Qəribzadənin sözlərinə görə, 2016-cı ildən etibarən Azərbaycanenerji sektorunda bir sıra strategiyalar və qanunvericilik aktlarıqəbul edib, o cümlədən istilik təchizatı, qaz təchizatı və elektrikenerjisi haqqında qanunlar. “Elektrik enerjisi haqqında” qanun2025-ci ildən başlayaraq bazar islahatlarının üç mərhələdə həyatakeçirilməsini nəzərdə tutur.

“İlk addım istehsal, ötürmə, paylama və elektrik enerjisininsatış funksiyalarının hüquqi və idarəetmə baxımından ayrılmasıolacaq. Bu, təmiz enerjiyə keçid üçün əsas tədbirdir”,- deyəekspert vurğulayıb və sektorda subsidiyaların aradanqaldırılmasının, eləcə də enerji səmərəliliyinin təşviq edilməsininvacibliyini qeyd edib.

O əlavə edib ki, bu cür islahatlar şəffaf və rəqabətli bazarınformalaşmasına kömək edəcək, bu isə gələcəkdə AzərbaycanınGürcüstan və Ermənistanın enerji sistemləri ilə inteqrasiyasına,Avropa bazarına çıxışına, həmçinin Mərkəzi Asiya ölkələri iləəməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

Избранный
19
az.trend.az

1Источники