RU

AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) ABŞ tariflərinin ən çox təsir etdiyi region ölkələrini açıqlayıb.

"APA-Economics" EBRD-yə istinadən xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi tariflər nəticəsində Azərbaycan regionda ixracına görə ən yüksək tarif yükü ilə üzləşən ölkələrdən biri kimi qeyd olunub.

Qeyd edilib ki, Azərbaycana tətbiq edilən yüksək tarif əsasən ölkənin ABŞ-a alüminium ixracı ilə bağlıdır.

Hesabata əsasən, 2024-cü ilin ilk yarısında Azərbaycana tətbiq edilən tarif 5%, bu ilin ilk yarısında isə 16-17% təşkil edib.

Ümumilikdə, EBRD regionlarından ABŞ-a ixrac olunan məhsullara tətbiq edilən orta effektiv tarif dərəcəsi 2025-ci ilin ilk yarısında 2,7 faiz bəndi artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
3
apa.az

4Источники